"Formula 2": Sıralama turunun qalibi bəlli olub - YENİLƏNİB
13.09.2024 - 15:48
"Formula 2":  Sıralama turunun qalibi bəlli olub - YENİLƏNİB

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

Apasport.az xəbər verir ki, ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.

"ART Qrand Priks"in fransalı sürücüsü Viktor Martins ikinci, "Prema"da çıxış edən italiyalı Kimi Antenolli üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

***

15:18

"Formula 2" Azərbaycan Qran-Prisində sıralama turu başlayıb.

Apasport.az xəbər verir ki, təsnifat mərhələsi saat 15:00-da başlayıb.

Yarışda 11 komanda mübarizə aparır.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

0