Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efir həyatına başlamasından 12 il ötür.
2013-cü il mayın 29-da internet üzərindən canlı yayıma başlayan APA TV bir çox ilklərə imza atmağı bacarıb.
“APA Group”un tərkibinə daxil olan televiziyada gündəlik xəbərlər, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişlər təqdim olunur.
APA TV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.
Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.
APA TV yayım dairəsini genişləndirir. Belə ki, APA TV Ailə TV, CityNet, Ultel ilə yanaşı, “Connect Tv” və “Megalink”də də yayımlanır.
Xatırladaq ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 30 noyabr 2022-ci ildə APA TV-yə platforma yayımçısı lisenziyası verilib.
Ad günün mübarək, APA TV!
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb
- Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub
- Dünya çempionatında medal qazanan deflimpiyaçılarla görüş keçirilib
- Azərbaycan kamandan oxatma tarixində ilk: Fərid Xəlilov WAE komitəsinə seçildi