“Formula 2”də zəncirvarı qəza – Sprintin sonunda xaos
25.09.2026 - 10:03
“Formula 2”də zəncirvarı qəza – Sprintin sonunda xaos

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinin sprint yarışında zəncirvarı qəza baş verib.

Apasport.az xəbər verir ki, yarışın sonlarında trasda xaotik vəziyyət yaranıb.

Bir neçə bolid bir-birinə dəyərək trasdan çıxıb. Hadisə sprint yarışının son dövrələrində qeydə alınıb.

Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan Qran-prisinə sentyabrın 26-da yekun vurulacaq.