"Araz-Naxçıvan" Şotlandiya çempionu ilə qarşılaşacaq
28.08.2025 - 12:48
"Araz-Naxçıvan" Şotlandiya çempionu ilə qarşılaşacaq

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə ikinci oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, F qrupunda yer alan ölkə çempionu Şotlandiyanın “PYF Saltires” kollektivi ilə qarşılaşacaq.

Avstriyanın Linz şəhərində yerləşən NMS İdman Sarayında keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Qrupun digər matçında Şimali İrlandiyanın “Sparta Belfast” komandası yerli “Ljuti Krajişniçi” ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk oyununda “Sparta Belfast” üzərində 9:1 hesablı qələbə qazanıb. “PYF Saltires” isə “Ljuti Krajişniçi”yə 1:5 hesabı ilə məğlub olub.

“PYF Saltires” – “Araz-Naxçıvan”

NMS İdman Sarayı. Saat 19:00

Hakimlər: Vladimir Sebek (Monteneqro), Filipe Duarte (Portuqaliya), Aleksandar Vangelov (Bolqarıstan)

Timekeeper: Nyeqos Vuçanoviç (Avstriya)

Hakim-inspektor: Talal Daravşe (İsrail)

UEFA nümayəndəsi: Radek Lobo (Çexiya)