Millimizin oyunu xorvatlara həvalə olunub
06.11.2026 - 14:28
Millimizin oyunu xorvatlara həvalə olunub

DÇ-2028-in əsas mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Latviya oyununun hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, noyabrın 8-də Bakı İdman Sarayında baş tutacaq qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Dino Kramar olacaq. Ona Nikola Jeliç və Nina Nakic kömək edəcəklər.

Matçın timekiper funksiyasını azərbaycanlı Hidayət Feyzullayev yerinə yetirəcək. Hakim-inspektor italiyalı Angelo Qalante, UEFA nümayəndəsi isə almaniyalı Stephan Kammerer olacaq.

Qeyd edək ki, XII qrupun oyunu saat 20:00-da başlayacaq.