“Karvan-Yevlax”ın stadionunda yenilik – ÖZƏL - VİDEO
06.11.2026 - 13:20
“Karvan-Yevlax”ın stadionunda yenilik – ÖZƏL  - VİDEO

“Karvan-Yevlax” klubunun stadionunda tikinti işləri davam etdirilir.

“Apasport”un Yevlaxa ezam olunmuş əməkdaşının məlumatına görə, stadionun ərazisində ikinci futbol meydançası salınır.

Yeni meydançanın ölçüləri müəyyənləşdirilib və xətləri çəkilib. Hazırda torpaq örtüklü olan meydançaya növbəti mərhələdə təbii ot örtüyü salınacaq. Beləliklə, əsas meydançadan fərqli olaraq, ikinci meydança təbii ot örtüyünə malik olacaq.

Bununla yanaşı, stadionda tribunaların tikintisi də davam etdirilir. Yeni tribunalar 3500 tamaşaçı tutumuna malik olacaq.