Belarusun Brest şəhərində keçirilən Açıq Paraüzgüçülük Kubokunda ikinci yarış günü başa çatıb.
Apasport.az xəbər verir ki, turnirdə ölkəmizi S12 kateqoriyasında Raman Salei və Səlim Məmmədov, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçülər Əli Vəliyev və Murad Məmmədov təmsil edirlər.
Paralimpiya çempionu Raman Salei 100 metr məsafəyə sərbəst üsulla üzmədə 55.29 nəticə göstərərək, həmçinin 100 metr məsafəyə kəpənək üsulunda 59.17 nəticə ilə iki qızıl medal qazanıb.
Yeniyetmə paralimpiyaçı Əli Vəliyev isə 100 metr məsafəyə kəpənək üsulunda 1:03.10 nəticə ilə gümüş medal, 200 metr məsafəyə qarışıq üzmədə 2:34.77 nəticə ilə daha bir gümüş medal, 400 metr məsafəyə sərbəst üsulla üzmədə isə 4:52.14 nəticə ilə bürünc medal əldə edib.
- Türkiyəli mütəxəssis Bakıda kamandan oxatma hakimliyi üzrə təlimlər keçib - FOTO
- Sambo üzrə növbəti dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib
- VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək
- İslamiada: Azərbaycan üzgüçülük millisinin heyəti bəlli olub
- İdmançılarımız beynəlxalq turnirdə 5 qızıl medal qazanıblar - FOTO