Badmintonçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
11.04.2024 - 20:24
Badmintonçumuz Avropa çempionatında 1/4 finala yüksəlib

Badmintonçumuz Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında kişilərin şəxsi yarışında 1/4 finala yüksəlib.

Apasport.az xəbər verir ki, ilk görüşündə Bolqarıstan təmsilçisi Dimitar Yanakievi 2:0 (21-10,21-18) hesabı ilə məğlub edən Edi 1/8 finala yüksəlmək uğrunda Sloveniya badmintonçusu Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21-13,21-13) .

Ən güclü səkkizliyə yüksəlmək üçün danimarkalı Maqnus Yohannesenlə qarşılaşan badmintonçumuz güclü rəqibi ilə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 2:1 (21-19,12-21,21-19) hesablı qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıb.

Edi yarımfinal uğrunda görüşdə fransalı Toma Junior Popovla qarşılaşacaq.

0