“Bakı” avrokuboka məğlubiyyətlə başladı
29.10.2022 - 21:40
“Bakı” avrokuboka məğlubiyyətlə başladı

Kişi həndbolçulardan ibarət “Bakı” klubu avrokuboklarda mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, Avropa Həndbol Federasiyası (EHF) Avropa kuboku yarışlarında çıxış edən təmsilçimiz turnirə ikinci təsnifat mərhələsindən qoşulub. 

Bakılılar Bosniya və Herseqovina təmsilçisi “Qraçanisa” ilə görüşüb. Qraçanisadakı Luke İdman Sarayında keçirilən görüşə Azərbaycan klubu yaxşı başlasa da, meydan sahibləri tezliklə üstünlüyü ələ keçirib. Fasiləyə 16:9 hesabı ilə öndə yollanan balkanlılar matçı qələbə ilə yekunlaşdırıb – 33:17.

Qeyd edək ki, iki klub arasındakı razılaşmaya əsasən cavab oyunu da eyni məkanda təşkil olunacaq. 
 

0