Finlandiyadan 6 qızıl və 1 gümüşlə
17.06.2024 - 20:22
Finlandiyadan 6 qızıl və 1 gümüşlə

Azərbaycan idmançıları Finlandiyanın Salo şəhərində keçirilən pouerliftinq üzrə Avropa çempionatı uğurlu çıxış ediblər.

Apasport.az xəbər verir ki, Razim Hüseynov (125 kq) birinci yeri tutub.

O, yarışın mütləq çempionu olub. Eyni uğura Seymur Quliyev və Zaur Cəfərov da imza atıblar.

Əli Əsgərov, Elmir Tarverdiyev, Samir Məmmədov Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Jalə Əzizova yarışın gümüş medalını qazanıb.

0