Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və rəsmi qonaqlar iştirak ediblər.
Ölkələrin rəsmi paradı keçirilib.
Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyıblar.
Prezident İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, iki gün əvvəl start götürən yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340 idmançı təmsil edir.
Yarışın bağlanış mərasimi oktyabrın 8-də, Gəncə şəhər stadionunda baş tutacaq.
- Təmsilçimiz İspaniya turnirinə yollanacaq
- Azərbaycanlı pilot Davin Cəfərov Portimaoda "Formula 4" testlərini uğurla başa vurub
- Çin Qran-prisinin qalibi müəyyənləşib
- “Formula 1”-in Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri Yaxın Şərqdə vəziyyətə görə ləğv edilib
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal qeydiyyatına start verildi