Azərbaycan idmançıları Türkiyənın Antalya şəhərində keçirilən hərbi kikboksinq üzrə 1-ci "CISM" açıq çempionatında 2 qızıl medal qazanıblar.
Apasport.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə dünya və Avropa çempionu Eduard Məmmədovun yetirmələri olan Elvin Məmmədov (54 kq) və Amin Quliyev (67) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bundan başqa, Eduard Məmmədov 11 ölkə idmançılarının qatıldığı yarışın ən yaxşl baş məşqçisi adına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisi yarışı ümumilikdə 7 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.
- Merabı arxadan vurdu – 1 ilədək həbs oluna bilər
- Keçmiş UFC çempionu hücuma məruz qalıb - NURMAQOMEDOV TƏRƏFİNDƏN
- UFC-də qalmaqal: Karlos Prates İslam Maxaçevi qorxaqlıqda ittiham etdi
- Fərman Həsənov UFC-də ilk məğlubiyyətini aldı – Döyüş həkim qərarı ilə dayandırıldı
- Volkanovski kəmərini qorudu, EVLOYEVİN SERİYASI QIRILDI