III MDB Oyunlarının çərçivəsində Gəncə İdman Sarayında davam edən üzgüçülük yarışlarında medalçılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, ilk olaraq qadınların yarışında 800 metr məsafəyə sərbəst üsulla üzmədə mükafatçılar müəyyənləşib.
Rusiya təmsilçisi Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci, Belarusdan olan Kseniya Mastoviç üçüncü yeri tutublar. Azərbaycan üzgüçüsü Anastasiya Qnussina dördüncü yerlə kifayətlənib.
Kişilərin mübarizəsində 50 metr məsafəyə arxasıüstə üzmə yarışında qalibin adına aydınlıq gəlib.
Rusiyalı Dmitrii Kravtsov birinci, Belarusdan olan Mikita Apanasik və Kiril Bantşeviç müqafiq olaraq 2 və 3-cü yerləri tutublar.
Qadınların 100 metr məsafəyə "butterfly" üsulu üzrə rusiyalı Yevgenia Sadovnikova qızıl, qazaxıstanlı Taissiya Korotkova gümüş, Azərbaycan idmançısı Mehri Əbdürəhmanlı bürünc medal əldə ediblər.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçirilir: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi.
- Paralimpiyaçımız Avropa çempionatında növbəti gümüş medalını qazanıb
- Azərbaycanlı idmançı fiqurlu konkisürmədə olimpia rekordunu yeniləyib - FOTO
- Ruslan Lunev Avropa Kubokunda qızıl medal qazanıb
- Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
- Bakıda keçirilən Qran-pridə fransız cütlük qızıl medal qazanıb - FOTO