“Rafaelin məni nakaut edə biləcəyini düşünmürəm”
“Apasport”un əməkdaşının məlumatına görə, bu sözləri UFC döyüşçüsü Manuel Torres deyib.
O, Rafael Fizievə qarşı keçiriləcək döyüşü dəyərləndirib: “Fizievin hansı taktikadan istifadə edəcəyini bilmirəm. Mənim öz taktikam var və bu istiqamətdə döyüşəcəm”.
Torres döyüşün ilk raundda bitə biləcəyini bildirib: “Məncə, bu, mümkündür. 5 raundluq döyüş olacaq. İlk raundda qələbə qazanmaq mənim əsas strategiyalarımdan biridir. Döyüş çox həyəcanlı olacaq. Çünki Fiziev də böyük döyüşçüdür, təcrübəsi yüksəkdir”.
Manuel Bakı barədə fikirlərini də bölüşüb: “Bakı möhtəşəm şəhərdir. Şəhəri gəzə bilməmişəm. Amma insanları çox bəyəndim”.
Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.