![Millimiz İngiltərəyə məğlub oldu](https://apasport.az/storage/news/2025/february/12/big/67ac6786f070e67ac6786f070f173935194267ac6786f070067ac6786f070d.jpg)
Bakıda keçirilən badminton üzrə qarışıq komandaların Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisi ilk oyununu keçirib.
Yığmamız I turda İngiltərə yığması ilə qarşılaşıb. Fərdi oyunlar təmsilçilərimizin xeyrinə başa çatıb. Edi Reski Dviçayo kişilərin fərdi yarışında Harri Huanqa 2:0 (27:25, 21:13) hesabı qalib gəlib. Qadınların fərdi mübarizəsində Keişa Fatimə Zəhra Freya Redfirni məğlub edib – 2:0 (21:11, 21:17).
Cütlərin duellərində qalib gələn ingiltərəlilər matçın taleyini həll ediblər. Keişa Dikki Dvi Pangestu ilə qarışıq cütlərin görüşündə Rori İstonla Lizi Tolmana 2 setdə (12:21, 9:21) uduzublar. Pangestunun Aqil Qabilovla kişilərdən ibarət cütü Kallum Hemminqlə Etan Van Leuvenə məğlub olub – 0:2 (12:25, 7:25). Qadın cütlərin mübarizəsində Leyla Camalzadə ilə Həcər Nuriyeva dueti Ebiqal Haris və Estel Van Leuvenə məğlub olub – 0:2 (6:21, 9:21).
Beləliklə, millimiz ilk turu 2:3 hesablı məğlubiyyətlə başa vurub. B qrupunun digər matçında Danimarka İspaniyanı məğlub edib – 5:0. Yığmamız sabah pireneylilərlə görüşəcək.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək çempionatda 8 komanda 2 qrupda mübarizə aparır.