“Ər-Riyad 2025” İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışının püşkü atılıb.
Apasport.az xəbər verir ki, reqlamentə əsasən, iştirakçı 8 komanda hər birində 4 komanda olmaqla iki qrupa bölünüb.
Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə eyni qrupda mübarizə aparacaq.
B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.
Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də keçiriləcək. Hər qrupda ilk iki yeri tutan yığmalar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinal görüşləri noyabrın 9-da baş tutacaq.
Qızıl, gümüş və bürünc medal sahibləri isə noyabrın 11-də keçiriləcək final və üçüncü yer uğrunda oyunlardan sonra müəyyənləşəcək.
- Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazandı
- Bakıda beynəlxalq badminton turnirinə start verilib
- Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub
- Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ
- Yeniyetmələr arasında beynəlxalq qolf turniri keçirilib - Azərbaycanda ilk dəfə