Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə IMMAF (International Mixed Martial Arts Federation) tərəfindən təşkil olunan yeniyetmələr arasında qarışıq təkbətək döyüş növü - MMA üzrə dünya çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, turnirdə 54 ölkədən 900-dən çox idmançı mübarizə aparıb. Dünya birinciliyində ölkəmizi 21 idmançı, 7 beynəlxalq lisenziyalı məşqçi və 2 beynəlxalq dərəcəli hakim təmsil edib.
Azərbaycan komandasının heyətində Kənan Quluzadə (12-13 yaş kateqoriyası, 37 kq), Esmira Bayramova (12-13 yaş kateqoriyası, 57 kq) və Cəfərsadiq Mirzəyev (16-17 yaş kateqoriyası, 61,2 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Ayan Sonayeva (12-13 yaş kateqoriyası, 52 kq) yalnız finalda uduzmaqla yarışı gümüş medalla başa vurub.
Xatırladaq ki, IMMAF dünyanın ən nüfuzlu MMA təşkilatlarından biridir. Azərbaycanda İMMAF yalnız Azərbaycan MMA Federasiyasını rəsmi mümayəndəsi kimi tanıyır.
- UFC-də qalmaqal: Karlos Prates İslam Maxaçevi qorxaqlıqda ittiham etdi
- Fərman Həsənov UFC-də ilk məğlubiyyətini aldı – Döyüş həkim qərarı ilə dayandırıldı
- Volkanovski kəmərini qorudu, EVLOYEVİN SERİYASI QIRILDI
- Petr Yan Dvalişvilini məğlub etdi, KƏMƏRİNİ QORUDU
- Asəf Çopurov UFC debütündə məğlub oldu