“Bu, sadəcə mənim arzumun reallaşmasıdır”.
Apasport.az xəbər verir ki, bu sözləri azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.
Mətbuat konfransına qoşulan idmançı hazırlıq prosesini dəyərləndirib:
“Həmişə arzulamışam ki, doğma publika qarşısında çıxış edim. Rafael Fiziyev orada döyüşəcək. Hətta o, dünən bildirdi ki, Tofiq Musayev də rinqə çıxacaq. Bu fantakstikadır. Çünki həmişə postsovet məkanından başqaları döyüşürdü. Amma həmyerlilərimiz olmurdu. Azərbaycanlı döyüşçülər azdır. Bu fantastikadır ki, Bakıda UFC turniri keçiriləcək və üçümüz döyüşəcəyik. Nikolas Mottanı çoxdan tanıyıram. 7-8 il olar ki, tanışıq. Əvvəl də başqa təşkilatda döyüşmüşük. Mən orada çempion olmuşam. Son 3-4 ayda Motta Tailanda köçüb. O, ayaqüstə döyüşür və yaxşı boksu var”.
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə döyüşəcək.
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”
- İslam Maxaçev titulunu qorudu – UFC-də 17-ci ardıcıl qələbə
- Kikboksinq üzrə Azərbaycan çempionu olan 17 yaşlı qız Kürdə batıb
- Tofiq Musayevdən UFC-də ikinci qələbə - YENİLƏNİB