
Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub.
Apasport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər.
Üç gün davam edən yarışda paytaxt Bakı ilə yanaşı Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb. Nəticələrə əsasən şəxsi yarışlarda Xədicə Babazadə ilə Vaqif Babayev ölkə çempionu olub. Qoşa mübarizədən Sofiya Trofimenko – Xədicə Babazadə tandemi ilə Vaqif Babayev – Zərbah Muradov cütü qalib ayrılıb.
Qarışıq qoşa növündə isə Vaqif Babayevlə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəlib. Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.
- Parabadmintonçumuz Avropa çempionatının finalında: TARİXDƏ İLK DƏFƏ - FOTO
- Daha bir parabadmintonçumuz AÇ-nin YARIMFİNALINDA
- Yeniyetmə parabadmintonçumuz Avropa çempionatının YARIMFİNALINDA - FOTO
- III MDB Oyunları: Badmintonçularımız bürünc medal qazanıb
- III MDB Oyunları: Badmintonçularımız yarımfinalda