Paralimpiyaçımız Polad Rzayev Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində rəsmi debüt edib.
Apasport.az xəbər verir ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:40:19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
Qatı duman səbəbindən Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) yarışın həlledici mərhələsinin keçirilməməsi ilə bağlı qərar qəbul edib. Polad Rzayev beynəlxalq yarışda debütü ilə bağlı təəssüratlarını bölüşüb:
“Yarışdakı çıxışımı qənaətbəxş hesab edirəm. Təcrübəm azdır, daha çox məşq etməliyəm və öz üzərimdə çox çalışmalıyam. Hava şəraitinin yarış zolağında səbəb olduğu çətinliklərə baxmayaraq, öz çıxışımı uğurla yekunlaşdıraraq həlledici mərhələyə vəsiqə qazana bildim. Növbəti turnirlərdə də əlimdən gələni etməyə çalışacağam”.
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb
- Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub
- Dünya çempionatında medal qazanan deflimpiyaçılarla görüş keçirilib
- Azərbaycan kamandan oxatma tarixində ilk: Fərid Xəlilov WAE komitəsinə seçildi