Paris-2024: Anna Başta Olimpiadada mübarizəni dayandırdı
29.07.2024 - 16:23
Paris-2024:  Anna Başta Olimpiadada mübarizəni dayandırdı

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının qılıncoynatma yarışlarında növbəti mükafatlar sahiblərini tapacaq.

Apasport.az xəbər verir ki, təmsilçimiz Anna Başta 1/8 finalda Olimpiadaların dördqat mükafatçısı Olqa Xarlanla (Ukrayna) üzləşib. 

6:15 hesabı ilə uduzan Başta Olimpiadada çıxışını başa vurub.

Qeyd edək ki, Paris-2024-də Azərbaycanın qılıncoynatma millisinin yeganə təmsilçisi A.Başta idi. 

***

13:00

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının qılıncoynatma yarışlarında növbəti mükafatlar sahiblərini tapacaq.

Apasport.az xəbər verir ki, qılıncoynadanımız Anna Başta da Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sablyaçımız mükafatlar uğrunda yarışa 1/16 finaldan start verib. Baştanın ilk rəqibi Çin idmançısı Yanq Henqyu olub. Təmsilçimiz 15:9 hesabı ilə qalib gəlib.

O, 1/8 finalda Olimpiadaların dördqat mükafatçısı Olqa Xarlanla (Ukrayna) görüşəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.

Qeyd edək ki, qadın sablyaçıların mübarizəsi bu gün yekunlaşacaq.

0