Qılıncoynadanlarımız dünya birinciliyini medalsız başa vurublar
22.04.2024 - 22:50
Qılıncoynadanlarımız dünya birinciliyini medalsız başa vurublar

Yeniyetmə və gənc qılıncoynadanlarımız Səudiyyə Ərəbistanında keçirilən dünya birinciliyində çıxışını başa vurub.

Apasport.az xəbər verir ki, təmsilçilərimiz mükafatalayiq yerləri tuta bilməyiblər.

Zərifə Hüseynova, Fərəh Abasova, Züleyxa Sultanlı və Valentina Zeynalova gənc qız sablyaçıların komanda yarışında Bolqarıstan yığmasına 32:45 hesabı ilə məğlub olub. Gənc sablyaçıların şəxsi yarışlarında Zərifə Hüseynova və yeniyetmələrin mübarizəsində Valentina Zeynalova birinciliklər erkən vidalaşıblar.

Sablyaçı gənc oğlarların yarışında isə Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev və Saleh Məmmədovdan ibarət millimiz isə Almaniyaya uduzub – 43:45. Şəxsi yarışlarda Timur Husnaddinov və Nahid Məmmədli 1/32 finalda çıxışı başa vurub.

Gənc şpaqaçılar Xədicə Həsənli, Aynur Quliyeva, Azərin İdriszadə və Nəzrin Mehdiyevan ibarət komandamız Çin yığması ilə bacarmayıb (36:45). Şəxsi yarışda ən yüksək nəticəyə Xədicə Həsənli imza atıb. O, 1/32 finalda yarışıb.
Səid Əliyev, Vahab Fətullayev, Mirxətai Məmmədov və Emin Səfərbəyovdan ibarət gənc oğlan şpaqaçılardan ibarət millimiz Niderland yığmasına 45:43 hesabı ilə qalib gəlsə də, Estoniyaya 30:45 hesabı ilə uduzub. Oğlan şpaqaçıların şəxsi yarışlarında Vahab Fətullayev və Mirxətai Məmmədov pley-offda məğlub olub.

0