Sumoçularımız Avropa çempionatında 11 medal qazandılar
27.05.2024 - 12:59
Sumoçularımız Avropa çempionatında 11 medal qazandılar

Azərbaycan sumoçuları Yunanıstanın Lutraki şəhərində keçirilən U-21, U-23 və böyüklər arasında Avropa çempionatında 11 medal qazanıblar.

Apasport.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, U-21 yaş kateqoriyasında Abdullah Şərif (85 kq) qızıl, Cavidan Nəhmətov (77 kq) və Fərid Əhmədov (92 kq) bürünc medala sahib olublar.

U-23 yaş kateqoriyası üzrə Abdullah Şərif (85 kq) gümüş, Xasay Yusif (115 kq və mütləq çəki) 2 bürünc medala layiq görülüb. Digər idmançılarımızdan Cavidan Nəhmətov (77 kq) və Məhəmməd Əliyev (70 kq) bürünc medal əldə edib.

Böyüklər arasında isə Çingiz Səmədov (100 kq) gümüş, Abdullah Şərif (85 kq) və Rəsul Məmmədzadə (77 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, bu nəticə ilə böyüklərdən ibarət yığma komanda hesabında üçüncü olub.

0