"Masallı güləş məktəbinin yetirməsiyəm. Bütün Azərbaycan xalqına təşəkkür edirəm".
"Apasport"un əməkdaşının məlumatına görə, bu sözləri braziliyalı Cefferson Nasimentonu məğlub edən Tahir Abdullayev deyib.
Azərbaycanlı UFC döyüşçüsü mübarizə ilə bağlı fikirlərini bölüşüb:
"Mənim üçün heç bir rəqibin fərqi yoxdur. Çox sevincliyəm. Üç həftə əvvəl bilirdim ki, UFC-də döyüşəcəyəm. Mən rəqibə ikinci və üçüncü raundda deyirdim ki, qız kimi qaçma, gəl, savaşaq. Rəqibin məşqçisinə "yaxınlaş səni də yıxım" dedim.
Mən həmişə döyüşlərə mehtər marşı ilə çıxmışam. Bu mahnı mənə çox yaxşı təsir edir. Döyüşün Azərbaycanda olması mənə xoş təsir elədi. Çünki özümü həddindən artıq enerjili hiss edirdim".
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”
- İslam Maxaçev titulunu qorudu – UFC-də 17-ci ardıcıl qələbə
- Kikboksinq üzrə Azərbaycan çempionu olan 17 yaşlı qız Kürdə batıb
- Tofiq Musayevdən UFC-də ikinci qələbə - YENİLƏNİB