Tofiq Əliyev Çində keçirilən Dünya Oyunlarının tamblinq yarışlarında 2-ci yeri tutaraq gümüş medal qazanıb və Azərbaycanın medal sayını artırıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz 30,500 xal toplayıb və finalda ABŞ-dan olan Keyden Brauna uduzub.
Bürünc medal isə britaniyalı Fred Tiqa qismət olub.
Hazırda Azərbaycan komandasının hesabında 3 gümüş medal var. Dünən karateçi İrina Zaretskaya və akrobatika üzrə duet — Daniyel Abbasov və Murad Rəfiyev də medal qazananlar sırasında olublar.
Qeyd edək ki, avqustun 17-dək davam edəcək Oyunlarda Azərbaycan 6 idman növündə - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növlərində 14 idmançı (11 kişi, 3 qadın) ilə təmsil olunur.
- İdmançılarımız beynəlxalq turnirdə 5 qızıl medal qazanıblar - FOTO
- Paralimpiyaçımız Avropa çempionatında növbəti gümüş medalını qazanıb
- Azərbaycanlı idmançı fiqurlu konkisürmədə olimpia rekordunu yeniləyib - FOTO
- Ruslan Lunev Avropa Kubokunda qızıl medal qazanıb
- Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB