UFC-nin yüngül çəki çempionu İlia Topuria Castin Qetci ilə döyüş öncəsi sərt açıqlama verib.
Apasport.az xəbər verir ki, ispaniyalı-gürcüstanlı döyüşçü Qetcinin onun şəxsi həyatına toxunduğunu bildirib.
“Castin Qetci ilə hörmət çərçivəsində danışırdım. O isə bundan istifadə edərək ailəmə toxundu. Keçmiş həyat yoldaşımla bağlı məsələ yalnız mənə aiddir. Üstəlik, Castinin atası da məni aşağılamağa çalışdı. Bu döyüş artıq şəxsidir. Castini məhv edəcəyəm və atasına yaxınlaşıb deyəcəyəm: ‘İndi kimdir balaca?’ Onu yalnız möcüzə xilas edə bilər. Söz verirəm ki, teykdaun etməyəcəyəm və onu çox pis vəziyyətə salacağam”, – deyə Topuria bildirib.
Qeyd edək ki, Topuria – Qetci döyüşü UFC Freedom 250 turnirinin əsas qarşılaşması olacaq.
Döyüş 14 iyun 2026-cı ildə ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evin Cənub bağçasında keçiriləcək.
Qarşılaşma yüngül çəkidə titul döyüşü statusu daşıyır. Əsas kard Bakı vaxtı ilə 15 iyun saat 04:00-da başlayacaq.