Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.
“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, hazırda ilkin kartın döyüşləri keçirilir.
Gecənin ikinci döyüşü ən yüngül çəki dərəcəsində baş tutub.
Qazaxıstan təmsilçisi Bekzat Almaxan braziliyalı Jan Matsumoto ilə qarşılaşıb.
İlk raundda zərbələrin sayı bərabər olub. Hər iki döyüşçü rəqibinə 20 zərbə endirib. Matsumoto bir dəfə teykdauna gedib.
İkinci hissə daha sərt start götürüb. Tərəflər ilk dəqiqələrdən açıq döyüşə üstünlük veriblər. Qazaxıstanlı idmançı 27, rəqibi isə 29 zərbə ilə yadda qalıb. Almaxan bir dəfə rəqibini nakdauna salmağı bacarıb. Lakin Matsumoto döyüşü davam etdirib.
Mübarizənin qalibi üçüncü raundda da bəlli olmayıb. Döyüşün üstün tərəfini hakimlər müəyyənləşdiriblər. Onların səsverməsinə əsasən, Matsumoto qələbə qazanıb.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.
- UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq
- UFC Fight Night Baku: Tahir Abdullayev ilk, Rafael Fiziev son döyüşə çıxacaq
- Bakıda keçiriləcək UFC turnirinin təntənəli çəkiölçmə mərasimi keçirilib
- UFC Bakı tədbirində oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib - YENİLƏNİB
- UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşüblər