UFC döyüş gecəsində ilkin görüşlərə yekun vurulub
21.06.2025 - 23:08
Bakıda keçirilən UFC döyüş gecəsində ilkin görüşlərə yekun vurulub.
Apasport.az xəbər verir ki, bu hissənin sonuncu - 6-cı görüşü yarım orta çəki dərəcəsində baş tutub.
Cənubi koreyalı Sok Hyön Ko Uels təmsilçisi Oban Elliottla qarşılaşıb. Döyüş qarşılıqlı zərbələrlə keçib. Hakimlərin qərarına əsasən, asiyalı idmançı qalib elan olunub. Hakimlərin hər üçü səslərini ona veriblər.
Qeyd edək ki, Azərbaycan təmsilçilərinin də çıxış edəcəyi əsas döyüşlərə 23:00-da start veriləcək.
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
- Savat üzrə Avropa çempionatında iki medal
- Vahab Fətullayev beynəlxalq turnirdə bürünc medal qazanıb
0
0