Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.
Apasport.az xəbər verir ki, turnirin əsas görüşlərinə start verilib.
Öncə yarım yüngül çəki dərəcəsində mübarizə baş tutub.
Tacikistan təmsilçisi Məhəmməd Nayimov avstriyalı Boqdan Qradla qarşılaşıb. Döyüşün ilk raundu qarşılıqlı zərbələr şəraitində keçib. İkinci raundda da eyni ssenari davam edib. Üçüncü raundda da qalib bəlli olub.
Yekunda qalib hakimlərin səsverməsi ilə müəyyənləşib. Referilər Muhammed Nayimovun üstün olduğunu bildiriblər və tacikistanlı idmançı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan təmsilçilərinin də çıxış edəcəyi əsas döyüşlərə 23:00-da start veriləcək.
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
- Savat üzrə Avropa çempionatında iki medal
- Vahab Fətullayev beynəlxalq turnirdə bürünc medal qazanıb