Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək idmançıların rəsmi çəkiölçmə mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, tədbir təxminən 1 saat davam edib.
Yarışdan öncə döyüşçülərin çəkilərinə baxılıb.
Turnir iyunun 21-də Kristal Zalda keçiriləcək. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
- Rafael Fiziev kimdir? Niyə Azərbaycanı təmsil edir? – DÖYÜŞÇÜNÜN HƏYAT YOLU
- UFC 325: Volkanovski kəməri müdafiə etdi - GÜNÜN NƏTİCƏLƏRİ
- UFC 325: Fiziev üçün ağır son - İKİNCİ RAUNDDA NOKAUT
- Fiziev UFC 325-də oktaqona çıxacaq – rəqib braziliyalı Ruffydir
- Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə üçüncü olub