İtaliyanın Genuya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında növbəti yarış gününə yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün qılıncoynatmanın sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib.
Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığmamız 1/16 finalda Almaniya millisi ilə qarşılaşıb. 43:45 hesabı ilə uduzan qılıncoynadanlarımız 9-16-cı yerlər uğrunda mübarizə aparıblar. Əvvəlcə Yunanıstan yığmasına 42:45 hesabı ilə məğlub olan komandamız Böyük Britaniya sablyaçılarına 45:31 hesabı ilə qalib gəlib.
Yekunda millimiz Avropa çempionatını 11-ci pillədə başa vurub.
- Rafael Fiziev kimdir? Niyə Azərbaycanı təmsil edir? – DÖYÜŞÇÜNÜN HƏYAT YOLU
- UFC 325: Volkanovski kəməri müdafiə etdi - GÜNÜN NƏTİCƏLƏRİ
- UFC 325: Fiziev üçün ağır son - İKİNCİ RAUNDDA NOKAUT
- Fiziev UFC 325-də oktaqona çıxacaq – rəqib braziliyalı Ruffydir
- Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə üçüncü olub