Olimpiadalar tarixində rekord – Pekin-2022-də
18.02.2022 - 17:56
Norveç yığması Qış Olimpiya Oyunlarında yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, skandinaviyalılar Pekin-2022-də 15 qızıl medal qazanıb.
Bu, “Ağ Olimpiadalar” tarixində yeni rekorddur. İndiyədək heç bir yığma Qış Oyunlarında bu qədər çempionluq yaşamayıb.
Əvvəlki rekord iki komandaya məxsus idi. Vankuver-2010-da Kanada, Pxençxan-2018-də Norveç 14 qızıl medal əldə edib.
- “Formula 1”: Rassell Bakıda çempion oldu
- “Formula 1”: Norris mübarizəni dayandırdı
- “Formula 1”: Albonun bolidi sıradan çıxdı
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
- Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
0
0