Paraüzgüçümüz Dünya seriyasında növbəti medalını qazanıb
10.05.2026 - 23:53
Almaniyanın paytaxtı Berlində keçirilən Paraüzgüçülük üzrə Dünya seriyasına yekun vurulub.
Apasport.az xəbər verir ki, idmançımız Əli Vəliyev S10 kateqoriyasında 400 metr məsafəyə sərbəst üzmə üsulunda 4:37.18 nəticə ilə gənclər arasında gümüş medal qazanıb.
Qeyd edək ki, təmsilçimiz daha əvvəl 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda Dünya seriyasının bürünc medalına layiq görülüb.
- Azərbaycan üzgüçüləri Belarusda 2 medal qazanıb
- Formula 1-də tarixi rekord – 20 yaşlı pilot dünya çempionu oldu
- Azərbaycan yanğın və xilasetmə idmanı üzrə dünya çempionatlarına ev sahibliyi edəcək
- Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
- Azərbaycan millisi Asiya Kubokunda iki medal qazanıb
0
0