2024-cü il Paris Olimpiadasında qadınlardan ibarət Kanada milli komandasının baş məşqçisi Bev Prestman vəzifəsindən uzaqlaşdırılıb.
Apasport.az xəbər verir ki, buna Yeni Zelandiya yığmasının şikayəti səbəb olub.
Prestman rəqib komanda ilə matçdan öncə onların məşqini dron vasitəsilə izləyib.
Rəqibin texniki, taktiki hazırlıqlarını görən və oyuna da buna uyğun hazırlaşan baş məşqçinin planı işə yarayıb.
Nəticədə onun komandası 2:1 hesablı qələbə qazanıb.
Kanada Olimpiya Komitəsi casusluqdan ittiham olunan Prestmanı araşdırmalar başa çatana qədər vəzifəsindən uzaqlaşdırıb.
Onu Parisdə Endi Spens əvəzləyəcək.
- Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib - FOTO
- Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
- Qış Olimpiya Oyunlarına yekun vurulub
- Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək