Piastri növbəti çempionluğunu qazandı
20.04.2025 - 23:51
Formula-1 üzrə Səudiyyə Ərəbistanı Qran Prisinə yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışın qalibi "McLaren"in avstraliyalı pilotu Oskar Piastri olub.
Onu Maks Ferstappen ("Red Bull") və Şarl Lekler ("Ferrari") izləyiblər.
2025-ci il dünya çempionatının turnir cədvəlinə də Piastri başçılıq edir. Onun aktivində 99 xal var.
İkinci sırada Oskarın komanda yoldaşı Lando Norris qərarlaşıb. İlk 3-lüyü Maks Ferstappen tamamlayır.
Komandaların ümumi cədvəlində də "McLaren" liderdir. "Mercedes" və "Red Bull" isə ikinci və üçüncü pillədə yer alıblar.
- “Formula 1”: Rassell Bakıda çempion oldu
- “Formula 1”: Norris mübarizəni dayandırdı
- “Formula 1”: Albonun bolidi sıradan çıxdı
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
- Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
0
0