Azərbaycan millisinin məşqçisi master klass keçəcək
04.10.2024 - 14:55

Azərbaycanın bədii gimnastika yığmasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının bu növ üzrə atletlərin nümayəndəsi Siyana Vasileva 5-7 yaş qrupuna aid gimnastların məşq prosesinə dair ustad dərsləri keçəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, dərslər oktyabrın 25 və 26-da Milli Gimnastika Arenasında keçiriləcək.
- Tofiq Əliyevdən daha bir uğur: DÜNYA KUBOKUNUN QALİBİ OLDU
- “Nebesnaya Gratsiya” komandası III MDB Oyunlarında iştirak edəcək
- Gimnastlarımız MDB Oyunlarını 6 medalla başa vurublar
- Gimnastımız ikiqat Olimpiya çempionunu üstələdi - ÇEMPİON OLDU
- III MDB Oyunları: Azərbaycan gimnastları gümüş medal qazanıb - FOTO
0
0