Azərbaycanın 7 gimnastı beynəlxalq yarışda finala vəsiqə qazanıb
13.07.2024 - 15:21
Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində iştirak edən Azərbaycan millisinin 7 üzvü finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Tofiq Əliyevlə Adil Hacızadə tamblinq, Əli Niftəliyev, Ammar Baxşalıyev, Nicat Mirzəyev, Fərhad Mustafayev və Ömər Qasımlı isə batut gimnastikası üzrə yarışda həlledici mərhələyə yüksəliblər.
Qeyd edək ki, iyulun 11-də start götürən turnirə bu gün yekun vurulacaq.
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
- Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb
- Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
0
0