2025-ci ildə bədii gimnastika üzrə dünya kuboku seriyası beş deyil, dörd mərhələdən ibarət olacaq.
Apasport.az xəbər verir ki, son illər seriyanın ilk turniri adətən Yunanıstanda keçirilirdisə, yeni mövsümdə Palao Falirodakı turnir təqvimdə olmayacaq.
2025-ci il dünya kuboku seriyasının ilk mərhələsi aprelin 4-6-da Sofiyada keçiriləcək. Turnirin növbəti etapı isə Bakıda olacaq. Yarış 18-20 aprel tarixlərini əhatə edəcək.
Milli Gimnastika Arenasındakı yarışdan sonra Daşkənddə seriyanın üçüncü mərhələsi keçiriləcəkki, 25-27 aprel tarixlərində reallaşacaq. Gələn il dünya çempionatının finalına isə Milan ev sahibliyi edəcək.
- Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO