Batutçularımız Çexiya turnirində
11.10.2024 - 00:24
Batutçularımız Çexiya turnirində

Çexiyada batut üzrə beynəlxalq turnir keçiriləcək. 

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri də yarışda iştirak edəcəklər.

İdmançılarımız 51-ci Beynəlxalq Dostluq yarışında mübarizə aparacaqlar. Azərbaycan yığmasının heyətində Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niyətəliyev, Ammar Baxşaliyev, Fərhad Mustafayev, Ömər Qasımlı, Ayan Şabaniva və Samirə Mustafayeva yer alıb. Gimnastlarımız Yablonets şəhərində təşkil olunacaq turnirdə fərdi yarışlarla yanaşı sinxron tullanmada qüvvələrini sınayacaqlar.

0