Bədii gimnastlarımız "Montenegro Cup"da iştirak edəcəklər
30.05.2024 - 11:57
Azərbaycan bədii gimnastları iyunun 1-də Monteneqronun Budva şəhərində start götürəcək “Montenegro Cup”da iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, iki gün davam edəcək yarışda böyüklər arasında Mədinə Dəmirova və Zəhra Cəfərova bacarıqlarını göstərməyə çalışacaqlar.
Gənclər arasında Nilufər Oruclu ilə Şəms Müvəffəqi, yeniyetmələrdə isə Məryəm Baloğlanova və Nur Sadıqova mübarizə aparacaq.
Onlar məşqçilər Valentina Ukleyna və Darya Lehkanın rəhbərliyi altında uğur qazanmağa çalışacaqlar. Turnirdə azərbaycanlı hakimlər Aliyə Paşayevə və Aysel Həsənova ədaləti qoruyacaq.
- III MDB Oyunları: Finala yüksələn gimnastlarımız bəlli olub
- Tofiq Əliyevdən daha bir uğur: DÜNYA KUBOKUNUN QALİBİ OLDU
- “Nebesnaya Gratsiya” komandası III MDB Oyunlarında iştirak edəcək
- Gimnastlarımız MDB Oyunlarını 6 medalla başa vurublar
- Gimnastımız ikiqat Olimpiya çempionunu üstələdi - ÇEMPİON OLDU
0
0