Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
05.09.2024 - 14:18
Sentyabrın 6-da İtaliyanın Liqnano Sabbiadoro şəhərində keçiriləcək “TeamGym” üzrə beynəlxalq yarışda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Üç gün davam edəcək turnirdə Adil Hacızadə, Nihat Muradlı, Elnur Məmmədov, Aydın Əlizadə, Ramin Dəmirov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Tofiq Əliyev mübarizə aparacaq.
Onlara məşqçilər Hafiz Rzayev, Faiq Rüstəmov və Şahmurad Qüdrətli rəhbərlik edəcəklər.
- İki gimnastımız Dünya Kubokunun finalında
- Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
0
0