Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
07.06.2026 - 15:26
Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı

Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan təmsilçiləri Bakıda keçirilən Dünya Kubokunun final mərhələsində mübarizə aparacaqlar.

Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışa bu gün yekun vurulacaq.

Son gündə idmançılar medal uğrunda qüvvələrini sınayacaqlar.

Akrobatika gimnastikasında Anahita Başiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu 57.370 xal toplayaraq final mərhələsinə yüksəlib.

Kişi cütlüyündə Seymur Cəfərov və Rəsul Seyidli 54.300 xalla həlledici raunda adlayıblar.

Aerobika gimnastikasında qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 18.550 xal nəticə ilə finala vəsiqə qazanıblar.

Üçlük proqramında çıxış edən Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva isə 17.088 xalla mükafatlar uğrunda mübarizə aparmaq hüququ əldə ediblər.

Final çıxışlarından sonra Bakıda keçirilən Dünya Kubokunun qalibləri və mükafatçıları bəlli olacaq.