Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə namizəd olub
02.06.2024 - 12:50
Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə namizəd olub

Avropa Gimnastikasının (EG) rəhbəri Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti vəzifəsinə namizəd kimi təsdiqlənib.

Apasport.az xəbər verir ki, seçkilər oktyabrın 25-də Dohada FIG-in Konqresi çərçivəsində təşkil olunacaq.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti postu uğrunda mübarizədə Qayıbovun rəqibi hazırkı rəhbər Morinari Vatanabe olacaq. Yaponiyalı funksioner 2017-ci ildən bu postu tutur.

Qeyd edək ki, Qayıbov üçün bu, FIG-də prezident seçkilərində ikinci iştirak təcrübəsi olacaq.

0