Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
11.10.2025 - 16:58
Gəncədə aerobika gimnastikası üzrə ilk Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Qitə birinciliyində 17 ölkədən gimnastlar qalib adı uğrunda mübarizə aparacaqlar. Turnir 9–16 noyabr tarixlərində baş tutacaq.
Yarış yeniyetmələr və 15 yaşadək idmançılar üçün 9–11 noyabr, böyüklər üçün isə 14–16 noyabr tarixlərində keçiriləcək.
Avropa çempionatı Gəncə İdman Sarayında təşkil olunacaq.
- Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
- Tofiq Əliyevdən Böyük Britaniyada iki qızıl medal
- Azərbaycan gimnastları İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
- Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
- Akrobatika gimnastikası üzrə Dünya çempionatının medalçıları vətənə qayıdıblar
0
0