Gəncə şəhərində ilk dəfə aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki , IX ölkə birinciliyi Gəncə İdman Sarayında baş tutub.
Yarışda iştirak edən gimnastlar müxtəlif yaş kateqoriyaları və proqramlar üzrə çıxış ediblər.
Balacalar (2017-2018) fərdi çıxışlarda, uşaqlar (2014-2016) fərdi, qarışıq cütlük, üçlük və qrup proqramlarında, yeniyetmələr (2011-2013) fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında, gənclər isə fərdi və üçlük kompozisiyalarda bacarıqlarını göstəriblər.
Yarışda "Ocaq Sport" Klubu və Sumqayıt Olimpiya İdman Kompleksini təmsil edən ümumilikdə 60-a yaxın gimnast iştirak edib. Fərqlənənlər medal və diplomlarla mükafatlandırılıblar.
Turnir həmçinin gənc gimnastlar üçün noyabrın 9-11-də Gəncədə ilk dəfə keçiriləcək gənclər və 15 yaşadək gimnastlar arasında I Avropa çempionatına sınaq xarakteri daşıyıb.
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
- Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb
- Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib