Gimnastlarımız bürünc medal qazanıb
12.07.2024 - 14:14
Gimnastlarımız beynəlxalq yarışda bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, Portuqaliyanın Santarem şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq turnir keçirilir.
Yarışda iştirak edən Azərbaycan idmançıları İbrahim Mustafazadə, Əli Niftəliyev və Fərhad Vəliyev komanda hesabında yüksək nəticəyə nail olaraq bürünc medala sahib olublar.
Qeyd edək ki, turnir 11-13 iyul tarixlərini əhatə edir.
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
- Azərbaycan komandası Avropa festivalında qızıl medal qazanıb
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal
0
0