Gimnastlarımız Norveçdə 3-cü olublar
13.07.2024 - 21:37
Bu gün Norveçin Bodo şəhərində “Gimnastika hamı üçün” növü üzrə həyat naminə 4-cü Avropa Gimnastikası “Challenge”i baş tutub.
Apasport.az xəbər verir ki, Azərbaycanın "Moonlight" komandası yarışda uğur qazanıblar.
Millimizin üzvləri Ləman Zeynalzadə, Aygül Babaşova, Nurcahan Əliyeva, Fidan Bədəlova, Milena Hümbətova, Aygün İsmayılova, Rəna Fətəliyeva, Sehri Teymurzadə, Maria Koleva, Tahirə Abuşova, Daria Kşnyakina, Səkina Əskərova, Tahirə Abuşova və Məryəm Həsənova bürünc medal sahibi olublar.
Qeyd edək ki, “Challenge”də 60 komanda mübarizə aparıb.
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
- Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb
- Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
0
0