III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıblar
08.10.2025 - 16:53
III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə yarışlara yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycanın bədii gimnastika üzrə komandası halqalarla və gürzlərlə qrup hərəkətlərində üçüncü olub.
Fərdi yarışda Nur Sadıqova halqalarla bürünc medal qazanıb, Azadə Atakişiyeva isə topla gümüş medala sahib olub.
Bundan başqa, Fidan Qurbanlı gürzlərlə gümüş medala yiyələnib, lentlərlə hərəkətlərdə isə Azadə Atakişiyeva ikinci yeri tutub.
Qeyd edək ki, dünən idmançılarımız gümüş və bürünc medallar qazanmışdırlar.
- Gimnastlarımızdan beynəlxalq turnirdə 4 medal
- Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
- Tofiq Əliyevdən Böyük Britaniyada iki qızıl medal
- Azərbaycan gimnastları İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
- Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
0
0