Olimpiya çempionu Alina Kabayeva tərəfindən yaradılmış “Nebesnaya Gratsiya” bədii gimnastika akademiyasının komandası III MDB Oyunlarında iştirak etmək məqsədilə Şəki şəhərindəki Olimpiya İdman Kompleksinə gəlib.
Apasport.az xəbər verir ki, beynəlxalq “Nebesnaya Gratsiya” Assosiasiyasının icraçı direktoru Yelena Yerxanın verdiyi məlumata görə, gimnastlar Kompleksinin arenasında məşqlərə başlayıblar.
Komandanın tərkibində akademiyanın fəaliyyət göstərdiyi müxtəlif ölkələri təmsil edən gimnastlar yer alır. Onların MDB Oyunlarındakı iştirakı bədii gimnastikanın inkişafında beynəlxalq əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha göstərir.
Xatırladırıq ki, III MDB Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlar artıq sabah – oktyabrın 6-da Şəki Olimpiya İdman Kompleksinin arenasında start götürəcək.
- Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
- Tofiq Əliyevdən Böyük Britaniyada iki qızıl medal
- Azərbaycan gimnastları İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
- Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
- Akrobatika gimnastikası üzrə Dünya çempionatının medalçıları vətənə qayıdıblar