Süleymanovadan uğursuz çıxış
07.12.2024 - 11:33
Xorvatiyanın paytaxtı Zaqrebdə fiqurlu konkisürmə üzrə “Golden Spin” turniri davam edir.
Apasport.az xəbər verir ki, qadınların fərdi yarışlarına yekun vurulub.
Azərbaycan təmsilçisi Nərgiz Süleymanova çıxışını sərbəst proqramla başa vurub. O, 93,06 xalla 17-ci yeri tutub.
Qısa proqramda 44,34 xalla 16-cı olan idmançımız yarışı 137,40 xalla tamamlayıb. Bu, ona 23 iştirakçı arasında 16-cı yeri tutmaq imkanı verib.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.
- III MDB Oyunları: Finala yüksələn gimnastlarımız bəlli olub
- Tofiq Əliyevdən daha bir uğur: DÜNYA KUBOKUNUN QALİBİ OLDU
- “Nebesnaya Gratsiya” komandası III MDB Oyunlarında iştirak edəcək
- Gimnastlarımız MDB Oyunlarını 6 medalla başa vurublar
- Gimnastımız ikiqat Olimpiya çempionunu üstələdi - ÇEMPİON OLDU
0
0